Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb - BBN

6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb

2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.

Bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt·st artımla 2 330,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt·st (İES-lərdə 10 441,4 mln. kVt·st, SES-lərdə 1 851,1 mln. kVt·st, GES-lərdə 30,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 mln. kVt·st, idxalı isə 81,1 mln. kVt·st olub.

Related posts

SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı