6 şirkət birjanın üzvlüyündən çıxarıldı

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyası tərəfindən BFB-nin bəzi üzvlərinin fəaliyyətinin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və BFB-nin “Üzvlük Qaydaları”na uyğun olmadığına görə dayandırılıb.

Bununla əlaqədar olaraq, Üzvlük Komissiyasının qərarı ilə “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Xalq Kapital” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC-nin üzvlüyü 01 yanvar 2017-ci il tarixinədək sonuncu dəfə olaraq dayandırılıb.

Eyni zamanda, BFB-nin Komitənin qərarı ilə “Yapı Kredi İnvest” MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.

Qeyd edək ki, hazırda BFB-nin “Kapital Menecment ASC”,  “İnvest-AZ QSC”,    “Az-Finans investisiya şirkəti QSC”, “Unicapital ASC”, “Paşa Kapital QSC” və “PSG-Kapital İŞ QSC” daxil olmaqla 6 üzvü vardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır