66 çoxmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 4092 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır