9 əmlak üzrə 31 sifariş verilib

2017-ci il ərzində 40 əmlakın özəlləşdirilməsi rəqabətli keçirilib. Həmin əmlakların ilkin start qiyməti 556 min manatdan 1 milyon manata qədər yüksəlib. Nəticədə 445 min manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsinə imkan yaranıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 yanvar tarixində keçirilən növbəti hərracda böyük rəqabət müşahidə olunub. Ümumilikdə, bu hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə vətəndaşlar tərəfindən 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib. Sifarişlərdən 8-i isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Qeyd edilməlidir ki, rəqabətli keçən 9 əmlakın ilkin start qiyməti 47 min 300 manatdan 61700 manata qədər yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır