Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
9 ayda yaşıl enerji istehsalı 64,5 mln. kVt·st artıb - BBN

9 ayda yaşıl enerji istehsalı 64,5 mln. kVt·st artıb

2025-ci ilin 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 mln. kVt·st, yəni 0,1 % artaraq 21 798,7 mln. kVt·st olub.

Bu dövrdə İES-lərdə 18 659,6 mln. kVt·st, SES-lərdə 2 414,3 mln. kVt·st, digər mənbələr üzrə isə 724,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 30,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 511,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 mln. kVt·st artımla 3139,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

9 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 520,7 mln. kVt·st (İES-lərdə 17 070,6 mln. kVt·st, SES-lərdə 2 401,1 mln. kVt·st, GES-lərdə 49,0 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 256,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 mln. kVt·st, ixracı isə 989,6 mln. kVt·st olub.

Related posts

“Aİ Azərbaycan qazının etibarlı alıcısı statusunu qoruyacaq”

S&P: Azərbaycan qazının Ukraynayadək böyük həcmdə nəqli gündəmdədir

“Fitch Ratings”: “Cənub Qaz Dəhlizi” və yeddi infrastruktur şirkətinin reytinqlərini təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı