ABA “ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında mükafatlandırılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev və başqaları, eləcə də işəgötürənlər iştirak ediblər.

Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.

Nazir həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət  qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlərin də iştirakını diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin, digər həssas qruplardan olanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların avtomobillə təminatı, aztəminatlı ailələrin maddi dəstəklə təmin edilmələri və digər sahələrdə aparılan dəstək işlərində onların sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verdiyini bildirib. 

S.Babayev sosial tərəfdaşların aktiv məşğulluq tədbirlərinin icrası, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də korporativ sosial məsuliyyət çərçivəsində dəstək göstərdiklərini diqqətə çatdırıb.

Tədbir zamanı digər təşkilatlarla yanaşı, Azərbaycan Banklar Assosiasiyası da mükafatlandırılıb. ABA Nazirlik tərəfindən “ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında mükafatlandırılıb.

Qeyd edək ki, ABA üzvləri tərəfindən 2020-ci il “Özünüməşğulluq Proqramı” çərçivəsində 1015 vətəndaş, 2021-ci il Proqramı üzrə isə 300-dən çox vətəndaş müvafiq sahibkarlıq sahələri üzrə avadanlıqlarla təmin edilib. Vətəndaşların təmin edilməsi zamanı aztəminatlı şəxslərə, Şəhid ailələrinin üzvlərinə, Qazilərə xüsusi önəm verilib.

Vətəndaşların avadanlıqlarla təmin edilməsi davam edir.

Related posts

Növbəti hərraclarda 9 nəqliyyat vasitəsi satılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı