ABA-da Almaniya Əmanət Bankları Assosasiyasının nümayəndələri ilə görüş keçirilib

20 avqust 2019-cu il tarixində Azərbaycan Banklar Assosasiyasının (ABA) İcra aparatı nümayəndələri Almaniya Əmanət Bankları Assosasiyasının (AƏBA) Assosasiyaları İdarəetmə üzrə eksperti Tobias Grapetin başçılığı ilə nümayəndələri arasında görüş keçirilmişdir.

Görüşdə Tobias Grapet AƏBA-nın təşkilatı strukturu və fəaliyyətinin əsas istiqamətlərini əks etdirən təqdimat keçirmiş, ABA nümayəndələrinin suallarını cavablandırmışdır.

Bundan əlavə, görüş zamanı, Bank Assosasiyalarının ölkənin maliyyə bazarındakı rolu, iş prinsipi və effektivi geniş müzakirə edilmiş, bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır