Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq” üzrə Ekspert Qrupunun üzvü, bank sektorunda uzunillik peşəkar fəaliyyəti ilə tanınan Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib.
Yubiley münasibətilə keçirilən görüş zamanı ABA-nın İcraçı direktoru Yunus Abdulov Eltəkin Rəhimova bank sektorunun inkişafına, xüsusilə ödəniş sistemləri və rəqəmsal bankçılıq sahəsində göstərdiyi ardıcıl və səmərəli fəaliyyətə görə təşəkkür edib, onun illər ərzində formalaşdırdığı peşəkar təcrübənin sektor üçün mühüm dəyər daşıdığını vurğulayıb.
Görüşdə ABA-nın “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq” Qrupunun fəaliyyətinə də toxunularaq vurğulanıb ki, son illər ərzində qrup assosiasiya çərçivəsində fəaliyyət göstərən ən fəal və nəticəyönümlü ekspert qruplarından biri kimi mütəmadi olaraq ön sıralarda yer alır. Qeyd olunub ki, bu uğurların əldə olunmasında Eltəkin Rəhimov kimi peşəkar mütəxəssislərin təşəbbüskarlığı, fəal iştirakı və kollektiv əməkdaşlığı mühüm rol oynayır.