ABA ilə “Əmək bazarı” İşçi qrupu arasında onlayn görüş keçirilmişdir

21 fevral 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Əmək bazarı” İşçi qrupu ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında onlayn formada görüş keçirilmişdir.

Bankların hüquq və kadr məsələləri üzrə məsul şəxslərinin iştirak etdiyi görüşdə son zamanlarda əmək qanunvericiliyinə edilmiş dəyişikliklər haqqında məlumat verilmiş və onların tətbiqi məsələləri müzakirə edilmişdir.

Əlavə edək ki, Komissiya 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmışdır. Həmçinin Azərbaycanın təmsil olunacağı nüfuzlu beynəlxalq reytinqlərdən biri olan Dünya Bankı Qrupunun “Business Ready” hesabatında da ölkəmizin göstəricilərinə müsbət təsiri olacaq addımların atılması məqsədi ilə aparıcı biznes subyektlərinin nümayəndələri ilə İşçi qrupu arasında davamlı görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı