“ABA İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyət göstərməyə hazırdır”

Aprelin 25-də ilk dəfə “Sahibkarlar Günü” qeyd edilməsi ilə əlaqədar olaraq keçirilən Konfransdakı çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev iqtisadiyyatdakı kredit yükü ilə bağlı görülməli olan işlər haqqında danışmışdır.

Dünyanın ölkələrinin iqtisadiyyatlarındakı kredit yükü ilə bağlı müqayisəli təhlil verən Z. Nuriyev Azərbaycan iqtisadiyyatı üçün bu yükün optimal səviyyəsinin müəyyənləşdirilməsinin vacibliyini tədbir iştirakçıların diqqətinə çatdırmışdır.

O, bu göstəricinin müəyyənləşdirilməsində ABA-nın İqtisadiyyat Nazirliyi ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu vurğulamışdır.

Çıxışın yekununda Zakir Nuriyev konfrans iştirakçılarını “Sahibkarlar günü” münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğur arzulamışdır.

Qeyd edilməlidir ki, Konfansda aidiyyatı dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır