Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA, Mərkəzi Bank və Sparkassenstiftung tərəfindən “ESİ Risk Radar” layihəsi çərçivəsində silsilə təlimlər keçirilib - BBN

ABA, Mərkəzi Bank və Sparkassenstiftung tərəfindən “ESİ Risk Radar” layihəsi çərçivəsində silsilə təlimlər keçirilib

17-18-19 fevral 2026 – cı il tarixinlərində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Respublikasının Mərkəzi Bankı, və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatı tərəfindən “ESİ Risk Radar” layihəsi çərçivəsində silsilə təlimlər təşkil olunub.

Təlimlərdə Mərkəzi Bankın və bankların ekoloji, sosial və idarəetmə (ESİ) istiqaməti üzrə məsul nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində “ESİ Risk Radar” alətinin metodoloji əsasları, ESİ risklərinin qiymətləndirilməsi yanaşmaları və praktik tətbiq mexanizmləri ətraflı təqdim olunub. Bununla yanaşı, alətin bankların əməliyyat proseslərinə inteqrasiyası və tətbiq mərhələsinə hazırlıq məsələləri üzrə müzakirələr aparılıb.

Qeyd olunub ki, təşəbbüs bank sektorunda ESİ risklərinin makroprudensial nəzarət çərçivəsinə inteqrasiyası və dayanıqlı maliyyə prinsiplərinin tətbiqinə hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, “ESİ Risk Radar” aləti kredit və müştəri səviyyəsində məlumatların məhdud olduğu şəraitdə ESİ risklərinin ölçülməsi və müqayisəli təhlilinə imkan yaradır. Bu isə həm banklar, həm də tənzimləyici qurumlar üçün risklərin daha effektiv idarə olunmasına əlavə dəstək verir.

Related posts

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb

Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı 2 dəfə artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı martda 2 dəfə artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı