ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev konfransda çıxış etmişdir

Fevralın 18-də Azərbaycan Respublikasının Milli Məclisinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda Konfrans keçirilib.

Milli Məclisin deputatlarının, dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə sahibkarlığın, o cümlədən KOB-ların inkişafı istiqamətində görülən tədbirlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə, postpandemiya dövrünün prioritet istiqamətlərinə və KOB-lara göstəriləcək dəstəyə dair fikir mübadiləsi aparılıb. 

Açılış mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev KOB-ların iqtisadiyyatın inkişafında xüsusi rol oynadığını, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də KOB-ların fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib, hökumətin sahibkarlara dəymiş zərərin minimuma endirilməsi üçün müvafiq dəstək tədbirləri həyata keçirdiyini vurğulayıb. Həmçinin, Milli Məclisin KOB-ların inkişafı üzrə qanunvericilik sahəsində apardığı davamlı iş barədə məlumat verilib. Hazırki konfransın tədbirin təşkilatçı qurumları arasında yeni əməkdaşlıq formatı yaratdığını, eləcə də aparılan müzakirələrin ölkəmiz və qardaş Türk dövlətlərinin post-pandemiya şəraitində müvafiq istiqamətdə fəaliyyətlərinə töhfə verdiyini bildirib.

TURKPA-nın Baş katibinin müavini, Qazaxıstan Respublikası Parlamentinin nümayəndəsi Talğat Aduov türkdilli ölkələrin TURKPA və digər platformalar çərçivəsində  sıx əməkdaşlıq etdiklərini, iqtisadiyyatın aparıcı qüvvəsi olan KOB-ların pandemiyadan sonrakı dövrdə də iqtisadiyyatın bərpasına öz töhfəsini verəcəyini vurğulayıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ciddi neqativ iqtisadi və sosial təsirlərə malik olan COVİD-19 pandemiyası həm də bir sıra reallıqları ortaya çıxarıb. Bunların arasında iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi, gözlənilməz şoklara qarşı hazırlığın artırılması və müasir, rəqəmsal texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsi xüsusilə qeyd olunmalıdır. Bu baxımdan, innovativ və yüksək texnolojı idarəetmə yanaşmaları, “yaşıl iqtisadiyyat” prinsipləri qarşıdakı onilliklərdə qlobal iqtisadi inkişafın və investisiya axınlarının istiqamətini müəyyənləşdirəcək. Əksər iqtisadiyyatlarda olduğu kimi Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri bizneslərin böyük hissəsini təşkil edir. KOBİA KOB-ların innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə bir neçə istiqamət üzrə çalışır və postpandemiya dövründə də KOB-lara dəstək davam etdiriləcəkdir.  

Konfrans çərçivəsində “KOB-lar üçün dövlət dəstəyi: qanunvericilik və proqramlar” və “KOB-lar və COVID-19 pandemiyası: problemlər, onların alternativ və innovativ həlləri” mövzularında panel müzakirələr təşkil olunub. Panellərdə millət vəkilləri, dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 

Related posts

4 və 17 dekabr tarixlərində hərrac keçiriləcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Gürcüstanla əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı