ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

26 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn  iclası keçirilib.

Görüşdə ƏL/TMM sahəsində audit tezliyinin müəyyən olunması üzrə hazırlanmış metodologiya, KİES sorğusuna Mərkəzi Bankın rəyləri, Mərkəzi Bankda təqdim olunacaq audit hesabatlarına dair çərçivənin müəyyən olunması və daxili audit ekspert qrupunun 2024-cü il üzrə illik fəaliyyət planı haqqında görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

AMB sədri Taleh Kazımov Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Yelo Bank-ın sədri Anar Həsənov ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib

KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı