ABA-nın Ekspert Qrupları mükafatlandırılıb – Foto

Mayın 16-da “FİNTEX SAMMİT 2024” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2023-cü ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Qiymətləndirməyə əsasən “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” layiq görülüblər. Mükafatları müvafiq olaraq qrupun sədrləri Tamerlan Rüstəmov və Qorxmaz Ağayev qəbul edib.

“İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə III yeri isə “Kredit işi Ekspert Qrupu” tutub. Mükafat qrupun üzvü Samir Şahkərimova təqdim edilib.

“Fəal Ekspert Qrupu” nominasiyası üzrə isə yerləri müvafiq olaraq “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”, “Komplayns Ekspert Qrupu”, “Marketinq və PR Ekspert Qrupu”, “Daxili audit işi üzrə Ekspert Qrupu”, “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” və “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu” layiq görülüblər və mükafatlar müvafiq Ekspert Qruplarının sədrlərinə təqdim edilib.

Qeyd edək ki, hazırda ABA-nın nəzdində 15 ekspert qrupu fəaliyyət göstərir.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı