Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın Ekspert Qrupu üzvləri arasında görüş keçirilmişdir - BBN

ABA-nın Ekspert Qrupu üzvləri arasında görüş keçirilmişdir

01 mart 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu” üzvlərinin, həmçinin 03 mart 2022-ci il tarixində sözügedən qrup üzvləri ilə ABA-nın nəzdində fəaliyyət göstərən digər – “Xəzinədarlıq və Fondların idarə olunması Ekspert Qrupu” üzvləri arasında online görüş keçirilmişdir.

Görüş zamanı yerli bankların xarici müxbir münasibətləri müzakirə edilmiş və bu münasibətlərin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı