ABA-nın Ekspert Qrupunun sədri Vergi Məcəlləsinə gözlənilən dəyişikliyi şərh edib

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda vətəndaşların banka qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması prosesi həyata keçiriləcək. Bundan öncə banklardakı əmanətlərdən gələn aylıq faiz gəlirləri 10 faiz həcmində vergiyə cəlb edilirdi.

Mövzu ilə bağlı olaraq Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev Kaspi.az nəşrinə müsahibə verib.

Onun sözlərinə əsasən qanunda ediləcək birinci dəyişikliyə görə güzəşt müddəti nəzərdə tutulmayıb: “Depozitlərlə bağlı olan iki dəyişiklik də yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxslərə şamil edilmir. Əvvəl əmanətə görə ödənilən məbləğdən 10 faiz vergi tutulurdu. İndi edilən dəyişikliyə görə aylıq 200 manatadək, qazanc varsa, ondan heç bir vergi tutulmayacaq. 200 manatdan yuxarı gəlirlərə isə yenə də 10 faiz vergi tətbiq olunacaq. Bu dəyişikliklə bağlı güzəştin qüvvədə olma müddəti göstərilməyib. Yəni qanun dəyişməyənə qədər qüvvədə qalacaq”.

Ekspert Qrupunun sədri düşünür ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər həm də iqtisadiyyatımızın güclənməsinə səbəb olacaq: “Əmanət həm də investisiya alətidir. Bu halda onların investisiya aləti kimi cəlbediciliyi daha da artacaq. İqtisadiyyat üçün də faydalı olacaq ki, vətəndaşlar vəsaitləri nağd yox, bank hesablarında saxlayacaqlar. Beləliklə, iqtisadiyyatın nağdsızlaşdırılması prosesi daha da sürətlənəcək”.

Daha ətraflı linkdə https://kaspi.az/manetciler-ucun-ela-sans

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı