Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın Ekspert Qrupunun üzvü Data-nın İdarə Edilməsinin Qiymətləndirilməsi üzrə layihənin ilkin iclasında iştirak etmişdir - BBN

ABA-nın Ekspert Qrupunun üzvü Data-nın İdarə Edilməsinin Qiymətləndirilməsi üzrə layihənin ilkin iclasında iştirak etmişdir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvü İlqar Əliyev Dünya Bankı və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə 9 dekabr 2022-ci il tarixində Data-nın İdarə Edilməsinin Qiymətləndirilməsi üzrə layihənin ilkin iclasında iştirak etmişdir.

Layihənin əsas məqsədləri ölkədə məlumat idarəçiliyi təşəbbüslərinin yetkinlik səviyyəsinin müəyyənləşdirilməsi və Azərbaycanda məlumat idarəçiliyi üzrə əsas maraqlı tərəflərə əldə etdikləri nəticələri və tövsiyələri ilə hökumətin rəqəmsal transformasiya, o cümlədən Məlumat İdarəçiliyi Çərçivəsinin hazırlanması üzrə davam edən səylərinə töhvə vermək imkanının yaradılmasıdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı