Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın "ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır - BBN

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 11-12 fevral 2025-ci il ABA-nın “ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun  üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Dayaqnıqlı maliyyələşdirmənin artırılması yolları və maliyyə səfərbərliyi kanalları;
  • Korporativ səviyyədə dayanıqlı kreditləşmə və layihə maliyyələşməsi;
  • Davamlı kreditləşməni təşviq etmək üçün metodlar;
  • ESG çərçivəsində maliyyə məhsulları və xidmətləri üzrə gələcək perspektivlər;
  • Yaşıl fondlar və təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq;
  • Yaşıl istiqrazların tətbiqi;
  • ESG və davamlılıq üzrə requlyativ tənzimləmələr və onların idarə edilməsi;
  • Macarıstanda və Avropada yaşıl taksonomiya və tətbiqi;
  • Banklarda dayanıqlılıq/ESG yanaşmasının inkişaf yolları;
  • Banklarda dayanıqlı idarəetmə strukturu;
  • Banklarda davanıqlı əməliyyatlarının təkmilləşdirilməsi, o cümlədən:
    • Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq təşəbbüsləri;
    • ESG prinsiplərinin və risk idarəetməsinin inteqrasiyası;
    • Banklarda karbon izinin azaldılması üzrə tədbirlər;
  • ESG və dayanıqlı inkişaf yolunda bankların qarşılaşdığı çətinliklər.

12 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

 

  1. OTP Bank Plc;
  2. MBH Bank & MBH Mortgage Bank Plc;
  3. Raiffeisen Bank Ltd;
  4. Erste Bank Hungary Plc.

 

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

Related posts

Unibank Şirvanda yeni filialını açıb

Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!

Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı