Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib - BBN

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

25 iyun 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan qrupun üzvləri iştirak edib.

İclasda banklar tərəfindən rəqəmsal və məsafədən bank xidmətlərinin göstərilməsinin sürətləndirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarına dair ümumiləşdirilmiş təkliflərin və digər cari məsələlərin müzakirəsi baş tutmuş, müvafiq təcrübə mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycan Mərkəzi Bankı və “Komplayens Assosiasiyası” arasında Anlaşma Memorandumu imzalanıb

Pensiyaçılar öz bankını seçə biləcəkmi? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı