ABA-nın icraçı direktoru Yunus Abdulov 44-cü BACEE Bankçılıq Konfransında çıxış etmişdir

21 oktyabr 2022-ci il tarixində Macarıstanın Budapeşt şəhərində hibrid şəkildə 44-cü BACEE Bankçılıq Konfransı baş tutmuşdur.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov konfransda Azərbaycanın bank-maliyyə sektoru barədə məlumat vermis, mövcud imkanlar və çağırışlar barədə danışmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Məktəbyaşlı uşaqların istehlakçı hüquqları barədə maarifləndirilməsi məqsədilə açıq dərslər keçirilib

Notariat xidmətləri artıq “mygov” platformasında!

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir