ABA-nın icraçı direktoru Yunus Abdulov II İslam Maliyyə Forumunda çıxış edib

23 oktyabr 2025-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER)-nin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-nin dəstəyi ilə II İslam Maliyyə Forumu (İMF-2025) keçirilmişdir.

Forumda Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov çıxış edərək ölkəmizdə İslam maliyyə sisteminin inkişafı istiqamətində görülən işlər, bankların bu sahəyə artan marağı və ABA nəzdində yaradılmış İslam bankçılığı üzrə İşçi Qrupu və Şəriət Şurası haqqında məlumat verib.

Yunus Abdulov qeyd edib ki, İslam maliyyəsinin inkişafı istiqamətində atılan addımlar təkcə maarifləndirmə və araşdırma ilə məhdudlaşmır, həm də praktiki tətbiqlərin genişləndirilməsini hədəfləyir. Onun sözlərinə görə, bu istiqamətdə Mərkəzi Bank və digər tərəfdaş qurumlarla birgə fəaliyyət, ölkədə alternativ maliyyələşmə modellərinin formalaşmasına və dayanıqlı maliyyə ekosisteminin inkişafına töhfə verəcək.

O həmçinin bildirib ki, ABA İslam maliyyəsinin tətbiqi üçün hüquqi və institusional bazanın formalaşdırılması, eləcə də üzv banklar arasında təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Azərbaycanda əkin sahələri üzrə aqrar sığorta ödənişləri 70% artıb!

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı