Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib - BBN

ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

17 noyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru Aynur Süleymanlı və üzv bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

İclasda HR sahəsində xarici təcrübənin öyrənilməsi ilə bağlı səfərlərin təşkili, HR sahəsində müasir texnologiyalar və digər cari məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı