ABA-nın “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

01 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclasda marketinq sahəsində xarici təcrübənin öyrənilməsi ilə bağlı səfərlərin təşkili və digər cari məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı