Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb - BBN

ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda müzakirə edilən digər məsələrlə yanaşı ABA-nın nəzdində “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit Həyat Sığortası” işçi qrupları birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınmışdır.

Yeni yaranmış “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”na “ABB” ASC-nin Pərakəndə Kreditləşmə sahəsinin rəhbəri Eldar Xubanlının və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”na “ABB” ASC-nin Data texnologiyaları departamentinin direktoru Mayya Dursunovanın sədrliyi təsdiq edilmişdir.

Bundan əlavə ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”na sədr müavini “PAŞA Bank” ASC-nin Müəssisə  Arxitekturası və İT İdarəetmə şöbəsinin rəhbəri İlqar Məmmədov təsdiqlənmişdir.

İclas zamanı Ekspert Qruplarının fəaliyyətləri ilə əlaqədar müzakirələr aparılmış, qrup sədrlərinin Ekspert qrupları ilə bağlı gələcək planları dinlənilmiş və iclas iştirakçılarının rəy və təklifləri səsləndirilmişdir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı