Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır - BBN

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlar:

  • Stress testlərinin optimallaşdırılması və modelləşdirilməsi,
  • BASEL III-ə keçid mexanizmləri, onun effektivliyinin təmin edilməsi, bu prosesdə türk bankçılığının üzləşdiyi problemlər və onların həlli istiqamətində səylər,
  • Enterprise Risk Management (ERM) sisteminə keçid və risk mədəniyyətinin mənimsənilməsi təcrübəsi,
  • Rəqəmsal İstehlak Krediti üçün Erkən Xəbərdarlıq və Fırıldaqlığın Qarşısının Alınması Alətləri,
  • Agile Risk İdarəetməsi,
  • KOM və Pərakəndə Bankçılıqda Risklərin İdarə Edilməsi,
  • Qərar Qəbul Proseslərinin Avtomatlaşdırılması (Mənzil Kreditləri, İstehlak Kreditləri, Mikro Kreditləşdirmə),
  • Kredit proseslərində risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşma səviyyəsi,
  • GRC (İdarəetmə, Risk və Uyğunluq) alətlərindən istifadə təcrübəsi,
  • Risk iştahı, restrukturizasiya və həllində inteqrasiya olunmuş yanaşmanın və sənaye miqyasında ümumi metodologiyaların tətbiqi.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  • Ziraat Bank
  • Halk Bankası
  • DenizBank
  • İş Bankası

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı