Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu” ilə Dünya Bankının FSMP3 layihəsi çərçivəsində ölkəmizə səfər edən Missiya heyəti görüşüb - BBN

ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu” ilə Dünya Bankının FSMP3 layihəsi çərçivəsində ölkəmizə səfər edən Missiya heyəti görüşüb

11 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu” ilə Dünya Bankının FSMP3 (Financial Sector Modernization Project Phase 3) layihəsi çərçivəsində ölkəmizə səfər edən Missiya heyəti arasında görüş keçirilib.

Görüş zamanı ölkənin bank sektorunun ümumi vəziyyəti, fəaliyyət istiqamətləri, əsas çağırışlar və gələcək imkanların müzakirəsi olub.

Görüşdə Dünya Bankını Maliyyə sektorunun mütəxəssisi və layihənin birgə rəhbəri cənab Patrick Dougherty, habelə Baş maliyyə sektoru iqtisadçısı Patricia Caraballo təmsil ediblər.
Həmçinin görüş çərçivəsində Dünya Bankının nümayəndələri ilə açıq fikir mübadiləsi aparılıb, Ekspert Qrupunun üzvləri bank sektorunun risklərin idarə edilməsi sahəsində mövcud yanaşmalar və gələcək perspektivlər barədə məlumat veriblər.

Qeyd edək ki, FSMP3 Missiyası çərçivəsində keçirilən görüşlər yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə deyil, eyni zamanda müxtəlif aidiyyəti qurumlarla da təşkil olunur. Bu, ölkənin maliyyə sektorunun daha dayanıqlı və effektiv şəkildə inkişafını dəstəkləmək məqsədi daşıyır.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı