Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun iyun ayı üzrə 3 onlayn iclası keçirilib - BBN

ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun iyun ayı üzrə 3 onlayn iclası keçirilib

17-23-24 iyun 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər nümayəndələrinin, həmçinin nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Vergi Xidməti) tərəfindən hazırlanmış “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması” Qaydasının layihəsi, bununla əlaqədar banklar tərəfindən toplanmış, “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri tərəfindən sistemləşdirilmiş təkliflər Dövlət Vergi Xidmətinin nümayəndələri ilə müzakirə edilmiş, ABA tərəfindən verilmiş təkliflər əsaslandırılaraq Dövlət Vergi Xidmətinin diqqətinə çatdırılmış və qaydalara müvafiq olaraq əlavə və düzəlişlər edilməsi müzakirə edilmişdir.

Müzakirələr nəticəsində Qayda layihəsinin son versiyası hazırlanaraq banklara təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı