ABA-nın təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib.

2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb.

Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov tədbir iştirakçılarını təbrik edib və qadınların bank sektorundakı rolundan danışıb.

Daha sonra tədbirin spikerlərinə söz verilib. İlk olaraq Psixoloq Zümrüd Əsədova “İş və sosial həyat balansı: qarşılıqlı təsir” mövzusunda çıxış edərək qadınların sosial həyatı ilə iş həyatı arasında balansı necə qura biləcəkləri haqqında bəhs edib. Daha sonra “BCC Turkey” qurucusu, peşəkar kouç və psixoloq Banu Koç Çakan “İş’te Kadın” adlı mövzu ilə çıxışı davam etdirib. O, iş həyatında qadınların rolundan danışıb.

Sonda qonaqların sualları spikerlər tərəfindən cavablandırılmış və ətraflı müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı