ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na yeni sədr təsdiqləndi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Ziraat Bank Azərbaycan” ASC-nin Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru Hikmət Cəfərovun namizədliyi təsdiqlənmişdir.

Karyerasına 2007-ci ildən “Bakı Fond Birjası”nda başlayan Hikmət Cəfərov, 2009-cu ildə “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışmış, 2017-ci ildə bu bankın Xəzinədarlıq və Müxbir bankçılıq Departamentinin Direktor Müavini vəzifəsinə kimi yüksəlmişdir. 2019-cu ildən “Ziraat Bank Azərbaycan” ASC-də Xəzinədarlıq və Maliyyə Qurumları Departamentinin Direktoru olmuş, 2021-ci ildən isə həmin bankın Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru vəzifəsində çalışır.

Hikmət Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin məzunudur.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı