Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA nümayəndə heyəti Almaniya səfəri çərçivəsində The Bank of New York Mellon-da görüş keçirib - BBN

ABA nümayəndə heyəti Almaniya səfəri çərçivəsində The Bank of New York Mellon-da görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyanın Frankfurt şəhərində yerləşən The Bank of New York Mellon (BNY Mellon) bankında Almaniya səfəri çərçivəsində növbəti görüşünü keçirib.

Görüş zamanı BNY Mellon-un Almaniyadakı fəaliyyəti, qlobal maliyyə bazarlarındakı mövqeyi və bankın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq istiqamətləri barədə məlumat təqdim olunub.

Tədbir çərçivəsində süni intellekt texnologiyalarının bank sektorunda tətbiqi, rəqəmsal ödəniş həlləri və maliyyə innovasiyalarının inkişafı kimi mövzularda təqdimatlar dinlənilib. BNY Mellon nümayəndələri süni intellektin əməliyyat proseslərinə inteqrasiyası və rəqəmsal ödəniş sistemlərinin inkişaf istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat veriblər.

Görüşdə tərəflər beynəlxalq maliyyə sektorunda trendlər, rəqəmsal transformasiyanın təsirləri və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Related posts

Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı