ABA qardaş Türkiyəyə ən çox dəstək olan təşkilatlar siyahısında ilk sıralardadır!

Azərbaycan Banklar Assosiasiyası (ABA) hər zaman öz fəaliyyətində korporativ sosial məsuliyyətə xüsusi önəm vermiş, ölkə əhəmiyyətli tədbirlərdə, davamlı və dayanıqlı layihələrdə aktiv iştirak edərək öz töhfəsini verməkdədir.

Bu tədbirlər çərçivəsində ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi göndərilmişdir.

Qeyd edək ki, ABA qardaş Türkiyəyə “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ən çox ağac tingi vermiş ikinci təşkilat olmuşdur (https://bagis.ogemvak.org.tr/en-fazla-bagis-yapanlar).

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı