ABA rəhbərliyi ilə İşçi qrupları arasında görüş keçirilib

29 oktyabr 2019-cu il tarixində “Rabitabank” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə ABA və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə yaradılmış “Məhkəmə” və “İcra” İşçi qruplarının görüşü keçirilmişdir.

İclas zamanı İşçi qruplarının qarşısına qoyulan vəzifələr, bankları narahat edən məsələlər və gələcəkdə görüləcək digər işlər haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, sözügedən işçi qruplarının yaradılması ilə bağlı qərar 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi rəhbərliyi ilə ABA-ya üzv olan təşkilatların rəhbər şəxsləri arasında keçirilən görüşdə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır