Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 67-ci Ümumi Yığıncağında iştirak ediblər.
Tədbirdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının üzvü qismidə dəvət almış ABA-nın rəhbərləri ilə yanaşı Özbəkistan Banklar Assosiasiyasının Baş Direktoru (CEO) Bəxtiyar Həmidov iştirak etmişdir.
Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri cənab Mehmet Şimşəkin iştirakı ilə keçirilib. İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar və Bank Tənzimləmə və Nəzarət Təşkilatının sədri Prof. Dr. Şahap Kavcıoğlu və nazir Mehmet Şimşək çıxış etdilər.
Üzv bankların iştirakı ilə keçirilən iclasda 2024-2025-ci illər üçün fəaliyyət hesabatı və büdcə müzakirə edilmişdır. Sonda Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq edilmişdir.