Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir - BBN

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

02 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirovun və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin də iştirak etdiyi iclasda yaşıl enerji layihələrinin maliyyələşdirilməsi imkanları barədə müzakirələr aparılmışdır.

İclasda Mərkəzi Bankın nümayəndələri tərəfindən “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi” çərçivəsində ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına yönəlmiş təşəbbüslər diqqətə çatdırılmışdır.

Həmçinin bank-maliyyə institutlarının dayanıqlı iqtisadiyyata keçiddə rolunun artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı