ABA təşkilatçılığı ilə biznes davamlılığına dair tədbir təşkil olunub

04 oktyabr 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Biznes Davamlılığı (BD)” mövzusunda təqdimat xarakterli tədbir keçirilib.

Təqdimat “Biznes davamlılığı” üzrə ekspert Əşrəf Həsənov tərəfindən edilib. Təqdimat zamanı şirkətlərdə hansı proseslərin necə və nələri nəzərə almaqla inkişaf etdirməyin lazım olduğunu və bununla da birbaşa və dolayısı yolla BD tətbiqinə dəstək olmağın mümkünlüyü və üstünlükləri haqqında, həmçinin biznes davamlılığının informasiya təhlükəsizliyində rolu haqqında misallar təqdim edilib.

Tədbirdə bankların məsul şəxsləri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır