Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiyə Katılım Banklar Birliyinin (TKBB) dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır:
- Türkiyədə İslam Bankçılığı: inkişafı, problemləri, həll yolları, vəziyyətin qiymətləndirilməsi, TKKB-nin strukturu və sektor üzrə statistikalar;
- İslam maliyyəsi prinsipləri və standartlarının inkişafı, icrası və uyğunluq prosesləri;
- İslam hüququnda müqavilə nəzəriyyəsi və İslam Bankçılığı işində müqavilələr;
- İslam Banklarındakı vəsaitlərin toplanması və vəsaitlərin ödənilməsi metodları;
- İslam Bankçılığı məhsullarının Türkiyədə tətbiq üsulları, müştəri qrupunun xüsusiyyətləri, satış yolları və risk faktorları;
- İslam əsaslı xəzinədarlıq və kapital bazarının məhsulları.
10 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir.
- TKBB Merkezi ofisi
- Türkiye Finans Katılım Bankası
- Emlak Katılım Bankası
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.