Home » ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

by Aytac
0 comments 2 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyası (ABA) və beynəlxalq ödəniş texnologiyaları şirkəti “Visa Inc.” birgə təşkilatçılığı ilə  24-25 may 2025-ci il tarixlərində Şəki şəhərindəki “Marxal Hotel Sheki” mehmanxanasında komanda quruculuğu tədbiri təşkil olunmuşdur. Tədbirin əsas məqsədi rəqəmsal ödənişlər sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə imkanlarının müzakirəsi və iştirakçılar arasında komanda ruhunun inkişaf etdirilməsi olmuşdur.

Tədbir zamanı “Visa Inc.” tərəfindən ABA və ABA-ya üzv bəzi banklar müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır. Bu təltiflər bankların innovativ yanaşmaları və təhlükəsiz ödəniş sistemlərinin tətbiqində göstərdikləri nailiyyətlərə əsasən təqdim olunmuşdur.

Qeyd edək ki, ABA mütəmadi olaraq üzv banklar, Ekspert Qrupları və tərəfdaş qurumlarla birgə forumlar, seminarlar, müsabiqələr və digər inkişafyönümlü tədbirlər təşkil edir. Bu tədbir də sektorda əməkdaşlıq və bilik mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.