ABA və IDNT şirkətinin birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir

4 may 2023-cü il tarixində “Zoom” onlayn platforması üzərindən Azərbaycan Banklar Assosiasiyası (ABA) və IDNT şirkətinin birgə təşkilatçılığı ilə vebinar keçirilmişdir.

“Müasir bankçılıqda xidmət modeli: istehlakçılar tərəfindən bəyəniləcək və biznes fəaliyyətini yaxşılaşdıracaq yeniliklərin müzakirəsi” adlı vebinar çərçivəsində müzakirə edilən məsələlər haqda aşağıdakı “YouTube” kanalı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

https://www.youtube.com/watch?v=uN61dI40vJ8

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı