ABA və SİF arasında görüş keçirilib

28 Oktyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında onlayn görüş keçirilib.

Fondun və müvəkkil bankların nümayəndələrinin iştirak etdiyi görüşdə sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı müraciətlərinə dair məsələlər müzakirə edilib. SİF-in  nümayəndələri tərəfindən Fondun hədəfləri və müvəkkil kredit təşkilatlarından gözləntiləri barədə məlumat verilib. Həmçinin, müvəkkil bankların nümayəndələrinin Fondun təqdim etdiyi məhsullarla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Məktəbyaşlı uşaqların istehlakçı hüquqları barədə maarifləndirilməsi məqsədilə açıq dərslər keçirilib

Notariat xidmətləri artıq “mygov” platformasında!

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir