ABA və Təhsilin İnkişafı Fondunun rəhbərliyi arasında görüş keçirilmişdir

02 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun (TİF) rəhbər nümayəndələri arasında görüş keçirilmişdir.

ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Baş iqtisadçısı Əzizağa Haxverdiyev, eyni zamanda TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və Fondun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova görüşdə iştirak etmişdir.

Görüş çərçivəsində bank sektoru üçün kadr hazırlığı imkanları, həmçinin də maliyyə savadlığının artırılması məsələləri, ümumilikdə ABA və TİF arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı