ABA-ya üzv bankların iştirakı ilə “ABB-nin səhm emissiyasi” mövzusunda seminar keçirilib

12 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasına üzv bankların iştirakı ilə “ABB – İnvest” investisiya şirkətinin nümayəndələri tərəfindən  “ABB-nin səhm emissiyasi” mövzusunda seminar keçirilmişdir.

Seminarın təşkilində əsas məqsəd “ABB” ASC səhmlərinin satışı prosesinə dəstək və yaranan sualların cavablandırılması olmuşdur.

Seminarda, təlimçi qismində “ABB – İnvest” investisiya şirkətinin nümayəndələri Elçin Məmmədov, Aqşin Əzizov və Vüqar Tanırverdiyev çıxış etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadəyə dair Dövlət Proqramı müzakirə edilib

AMB sədri Taleh Kazımov Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı