Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-ya üzv bankların Kənd təsərrüfatı kreditləşməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir - BBN

ABA-ya üzv bankların Kənd təsərrüfatı kreditləşməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının,  dəstəyi ilə 23-24 oktyabr 2024-cü il tarixlərində, ABA-ya üzv bankların kənd təsərrüfatı kreditləşməsi üzrə mütəxəssislərinin, o cümldən Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun və bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbul səfəri baş tutmuşdur.

23 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:

  1. Ziraat Bankası;
  2. Şekerbank;
  3. İş Bankası;
  4. Deniz Bankası

Səfər çərçivəsində iştirakçılar kənd təsərrüfatı kreditləri üçün yeni məhsullar, kənd təsərrüfatına dövlət tərəfindən dəstəklənən kreditlər: zəmanət və subsidiya mexanizmləri, ekoloji tələblərə uyğun olaraq ekoloji cəhətdən təmiz və dayanıqlı kənd təsərrüfatı layihələrinin və kredit proqramlarının maliyyələşdirilməsi, onlayn bankçılıqda kənd təsərrüfatı kreditləri, kənd təsərrüfatı rəqəmsal kredit müraciəti platformaları və onlayn müraciət prosedurları, kənd təsərrüfatı kreditlərinin rəsmi əməliyyatlarında rəqəmsallaşma, rəqəmsal həllər və innovativ tendensiyalar, kənd təsərrüfatı kreditləri üçün yeni məhsullar, kənd təsərrüfatının kreditləşdirilməsi prosesi, bu mexanizmdə kənd təsərrüfatı sığortasının rolu, təhlil yanaşmaları, anderraytinq, rəqəmsal həllər, kənd təsərrüfatının kreditləşdirilməsi prosesində innovativ tendensiyalar, kənd təsərrüfatı kreditləşməsi üçün müştəri meyarları, kənd təsərrüfatı kreditləşməsində kredit riskinin idarə edilməsinə institusional yanaşma və s. mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

 

Related posts

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

PASHA Holding-də yeni təyinat olub

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı