Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir - Foto - BBN

ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir – Foto

24-25 iyul 2024-cü il tarixlərində Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

30 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:

  1. Ziraaat Bankası;
  2. Halk Bankası;
  3. Yapı Kredi Bank;
  4. AkBank;
  5. TBB Risk Mərkəzi.

Səfər çərçivəsində iştirakçılar kredit borclarının təqibi, problemli kreditlərin monitorinqi, problemli işlərin məhkəməyə hazırlıq və məhkəmə proseslərinin təşkili, girovun realizasiyası, icra prosesi zamanı tərəflərin məlumatlandırılması qaydası və yolları, riskin idarə edilməsi, RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) və süni intellektin tətbiqi, problemli kreditlərin idarə edilməsində müasir yanaşmalar və s. mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-ə yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

Related posts

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Taleh Kazımov ABA-ya üzv olan bankların rəhbər şəxsləri ilə görüşüb

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı