Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-dən biznes sahibləri üçün “Çevik” fürsət - BBN

ABB-dən biznes sahibləri üçün “Çevik” fürsət

ABB bizneslər üçün yeni “Çevik” xidmət paketini müştərilərin istifadəsinə verib. “Çevik” paketi biznes sahiblərinə ehtiyaclarına uyğun əməliyyatları seçərək öz paketlərini yaratmağa imkan verir. Bu paketdən faydalanaraq müştərilər gündəlik maliyyə əməliyyatlarını daha sərfəli idarə edə bilərlər. Yaradılan “Çevik” paketi limitləri daxilində yerli və beynəlxalq ödənişlər, əməkhaqqı köçürmələri, nağd vəsaitlərlə əməliyyatlar tam komissiyasızdır.

Bu paketlə biznes sahibləri aşağıdakı xidmətlərdən pulsuz faydalana bilərlər:

  • Bank hesabının açılması;
  • Digər bankdaxili köçürmələr;
  • Ölkədaxili köçürmələr;
  • Respublikadan kənara köçürmələr;
  • Hesabdan nağd vəsaitin verilməsi (AZN və ya xarici valyutada);
  • Bankın kassaları vasitəsilə hesaba nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);
  • Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);
  • Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə (AZN və ya xarici valyutada);
  • Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə (AZN və ya xarici valyutada);
  • Əmək haqqı layihəsi çərçivəsində vəsaitin əməkhaqqı kartlarına köçürülməsi;
  • Bankın alış/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları;
  • Hesab üzrə çıxarışların verilməsi;
  • İnternetBankçılıq xidmətinə qoşulma;
  • İnternetBankçılıq parol kalkulyatorunun əldə edilməsi (açarların sayı bir və ya iki olduqda)
  • Korporativ və ya biznes kartının verilməsi

Üstəlik, “Çevik” xidmət paketinə indi qoşulan müştərilər 1 iyun 2025-ci il tarixinədək onu 60% endirimlə əldə edəcəklər. Məhsulu buradan sifariş vermək olar.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı