Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət! - BBN

ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

Müştərilərinə daim innovativ həllər və faydalı imkanlar təqdim edən ABB metro istifadəçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Mastercard Tam DigiCard sahibləri metro keçidlərində Apple Pay və ya Google Pay vasitəsilə etdikləri hər 5-ci ödənişə görə 100% keşbek qazanacaqlar. Hər beşinci tranzaksiyadan sonra keşbek məbləği avtomatik olaraq istifadəçinin hesabına qaytarılır. Kampaniya müddətində hər bir istifadəçi maksimum 6 dəfə 100% keşbek əldə edə bilər. Mastercard Tam DigiCard sahibi deyilsinizsə, kartı ABB mobile tətbiqi üzərindən və ya https://abb-bank.az/ rəsmi internet səhifəsindən onlayn sifariş edib qısa müddətdə aktivləşdirə və dərhal Apple Pay və ya Google Pay-ə əlavə edərək kampaniyadan yararlana bilərsiniz. Aksiya 10 dekabr 2025-ci il tarixinədək qüvvədədir.

Onu da qeyd edək ki, ABB-nin digər kart məhsulları ilə də metroda ödəniş etmək artıq mümkündür. Bu yenilik müştərilərə gündəlik gediş-gəlişdə daha geniş seçim imkanı verir, keçid prosesini sürətləndirir və nağdsız ödənişlərin rahatlığını artırır. İstifadəçilər uyğun cihazlarında Apple Pay və ya Google Pay vasitəsilə kartlarını əlavə edib metro turniketlərindən sürətli və təhlükəsiz keçidi təmin edə bilərlər.

ABB-nin müasir, rəqəmsal və faydalı məhsulları barədə daha ətraflı məlumatı filial və şöbələrdən, https://abb-bank.az rəsmi internet səhifəsindən, 937 qısa nömrəsi ilə əlaqə saxlayaraq Məlumat Mərkəzindən və sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar.

Related posts

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq halları artıb – IV rübdə 3 386 fakt qeydə alınıb

AMB nümayəndəsi İtaliya şirkətləri ilə rəqəmsal ödənişlər sahəsində əməkdaşlığı müzakirə edib

“S&P Global Ratings”: 2026-cı ildə Azərbaycanın iqtisadi artımı 1,7 % səviyyəsində qalacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı