Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı - BBN

ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı

ABB Maliyyə Qrupu 30 iyun 2024-cü il tarixinə cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Hesabatda ABB-nin, Bankın törəmə şirkətləri olan “ABB-Moskva”-nın, “ABB-GEO” QSC-nin, Azərikard prosessinq mərkəzinin, “Beynəlxalq Lizinq Şirkəti”nin və “ABB-İnvest” İnvestisiya Şirkətinin 6 aylıq fəaliyyət nəticələri öz əksini tapıb.

Qrupun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manata çatıb. Bank bu müddət üzrə 50 milyon 315 min manat mənfəət vergisi xərci hesablayıb. ABB Qrupunun 6 aylıq maliyyə hesabatlarını qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY şirkəti təhlil edib.

Xatırladaq ki, cari ilin 11 iyun – 24 sentyabr tarixləri arasında həyata keçirilən səhm emissiyası nəticəsində ABB-nin səhmdarlarının sayı 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı