ABB milli olimpiya komandasının maliyyə tərəfdaşıdır!

ABB ölkəmizdə idmanın inkişafına dəstək ənənələrini XXXII Tokio Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan milli olimpiya komandasının maliyyə tərəfdaşı kimi davam etdirir. Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında müqavilə imzalanıb. Tərəfdaşlıq çərçivəsində respublikamızda idmanın, sağlam həyat tərzinin təbliğinə yönələn bir sıra birgə tədbirlər, kampaniyalar da həyata keçiriləcək. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycan idmanına dəstək verilməsi, idmançılarımızın beynəlxalq arenalarda uğurla təmsilçiliyi hər zaman ABB-nin diqqət mərkəzində olub. Xoş ənənələrimizə sadiq qalaraq yenə də idmançılarımızın yanındayıq. Ümidvarıq ki, komanda üzvlərimiz bizi Tokiodan möhtəşəm qələbə xəbərləri ilə sevindirəcəklər və bu tərəfdaşlığımız ABB üçün də daim qürur duyulası nailiyyət olacaq. Bütün idmançılarımıza uğurlar arzulayırıq”.

Yay Olimpiya Oyunları bütün dünyanın diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqust 2021-ci il tarixində keçiriləcək. Azərbaycanı bu mötəbər idman tədbirində müxtəlif növlər üzrə 44 idmançı təmsil edəcək.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

Azərbaycanda kredit portfelinin 70 faizdən çoxu kommersiya banklarının payına düşür

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı