Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü! - BBN

ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü!

ABB-nin mobil bank əlavəsi olan ABB mobile tətbiqindən istifadə edənlərin sayı 1 milyonu ötüb. Tətbiqin 1 milyonuncu istifadəçisi 54 yaşlı Əzət Hacıyevaya ABB-nin hədiyyəsi təqdim olunub. Əzət Hacıyeva Bakıdakı idman klublarından birinin əməkdaşıdır. İki övladı, iki nəvəsi var. ABB mobile tətbiqini Bankın Nizami filialında olarkən bank əməkdaşının tövsiyəsi ilə yükləyib. Bir neçə dəfə istifadə edəndən sonra onun əksər bank xidmətlərindən yararlanmaq üçün nə qədər rahat olduğunu görüb. Əzət Hacıyeva ABB mobile tətbiqindən istifadəni hamıya məsləhət görür: “Ətrafımda çoxları ABB mobile-dən istifadə edirdilər. Onun imkanlarından danışırdılar. Maraqlı idi, amma nə gizlədim, mənə bir az çətin gəlirdi. İndi isə görürəm ki, nə qədər sadə və rahatmış. Adam hər yaşda belə faydalı yeniliklərə öyrəşməlidir”.

Təxminən iki il əvvəl istifadəyə verilmiş ABB mobile tətbiqi mütəmadi olaraq təkmilləşdirilir. Ona yeni funksiyalar, imkanlar əlavə edilir. Bu tətbiq vasitəsilə cəmi bir neçə toxunuşla bir çox ödənişləri (dövlət ödənişləri, kommunal, mobil rabitə, internet, televiziya və s.), bank əməliyyatlarını aparmaq, kart hesablarını idarə etmək, bank məhsullarını, o cümlədən kreditləri onlayn sifariş vermək mümkündür. Tətbiq istifadəçiləri ABB mobile vasitəsilə apardıqları ödənişlər zamanı Faydalar toplayaraq onları pula, yaxud hədiyyələrə dəyişə bilirlər. Tətbiqə qoşulmaq və istifadə pulsuzdur. ABB mobile-ı buradan yükləmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı