Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-nin Əhmədli filialı fəaliyyətə başladı - BBN

ABB-nin Əhmədli filialı fəaliyyətə başladı

Müştərilərə maksimum əlçatan olmaq üçün ABB xidmət şəbəkəsinin inkişafını uğurla həyata keçirir. Filialların ofisləri Bankın yeni brend kimliyinə uyğun qurulur. Həmçinin yeni filiallar yaradılır. Bu prosesin davamı kimi ABB-nin Əhmədli filialı fəaliyyətə başlayıb. Filial Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi – 155 ünvanında müştərilərə xidmət göstərir.

Filialın binası Bankın yeni konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər Əhmədli filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Azərbaycanda 2 ayda vətəndaşlara 35 milyon manat ƏDV geri qaytarılıb

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər – EKSKLÜZİV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı