Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır! - BBN

ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!

Gələcəyin bankçılığını quran ABB-nin təqdim etdiyi danışan süni intellekt köməkçiləri Beta mərhələsində uğurla sınaqdan keçdikdən sonra artıq hamıya əlçatandır. AI-khan və AI-nur adlı süni intellekt köməkçiləri müştərilərə ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırır.

Artıq müştərilər AI-khan və AI-nurla sadəcə danışaraq kartları və hesabları arasında, həmçinin mobil nömrə ilə digər şəxslərə köçürmələr edə bilirlər.

Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, süni intellekt dərhal əməliyyatı yerinə yetirir.

Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata keçirir!

Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.

Yeni funksiyalar əlavə olunmaqla süni intellekt təcrübəsi tezliklə başqa bank əməliyyatlarını da əhatə edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Related posts

MDM EBRD istiqrazları üzrə növbəti kupon ödənişlərini həyata keçirəcək

AMB-nin növbəti faiz qərarı: bazarda sabitlik gözləntiləri üstünlük təşkil edir

Fərid Baxşıyev Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı